Keçi yük maşınından TULLANDI: Məftildən  asılı qaldı   -  VİDEO
31 iyul 2023 16:16 (UTC +04:00)

Keçi yük maşınından TULLANDI: Məftildən asılı qaldı - VİDEO

Dağıstanda yük maşınından tullanan keçi elektrik xəttinin naqillərindən asılı qalıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Çarodin rayonunda heyvan daşınması zamanı maraqlı hadisə qeydə alınıb.

Görüntülərdə mal-qaranın daşınması üçün təchiz edilmiş qoşqulu yük maşınının dağlıq ərazidə yolda dayandığı görünür. Maşının arxasından yolu elektrik xətti keçir, onun naqilindən keçi asılı qalıb. Heyvan yük maşınının arxasından sıçrayıb və buynuzları məftilə ilişərək onun üzərində yellənməyə başlayır.

Məlum olub ki, hadisəni lentə alan yük maşını sürücüsü məftilə ilişib qala heyvanı xilas edib.

# 2700
avatar

Fidan İlqar

Oxşar yazılar