Türkiyədə yağan güclü qar həyatı iflic edib.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, avtomobillərin hərəkətləri məhdudlaşdırılıb, reyslər dayandırılıb, avtobusların terminallardan çıxış vaxtı uzadılıb.
Şəhərdə əlverişsiz hava şəraiti ilə əlaqədar təhlükəsizlik, səhiyyə və nəqliyyat xidmətləri istisna olmaqla, dövlət sektorunda çalışan dövlət qulluqçuları, fəhlələr və digər işçilər məzuniyyətə göndərilib.
Bildirilir ki, yolda qalan yüzlərlə insan dünən gecəni maşınlarda keçirib. Həmçinin İstanbul Hava Limanında olan vətəndaşlar da çətin anlar yaşayıb.
Həmin görüntüləri sizə təqdim edirik: