İsmayıllıda sel aparan maşın Türkmənistan vətəndaşına məxsus olub.
Belə ki, rayonun Yuxarı Zərnava kəndinə qonaq gələn Türkmənistan vətəndaşları olan ər və arvad kəndi tərk etmək üçün çaydan keçməyə cəhd göstəriblər.
Yağan yağışlardan sonra Girdimançay çayında suyun artması nəticəsində avtomobil çayın ortasında qalıb. Köməksiz vəziyyətdə qalan qonaqlar kənd sakinlərinin köməyi sayəsində avtomobildən çıxarılıblar.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası da cəlb edilib. Çay boyunca axan avtomobil batdığı yerdən bir qədər aralıda sudan çıxarılıb.
Avtomobil sel suları nəticəsində qismən zərər görsə də, sürücü və sərnişinlər arasında xəsarət alan olmayıb.
Hazırda Zərnava kəndinə gedən yolun bərpası üçün ərazidə texnika işləyir.
***
saat 16:24
İsmayıllıya sel gəlib.
Lent.az xəbər verir ki, respublika ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində bölgələrə leysan yağıb.
Nəticədə bəzi rayonlara sel gəlib.
İsmayıllıda "Toyota Prado" markalı maşını sel aparıb.
Həmin görüntüləri təqdim edirik: