İranda molla rejiminə qarşı etiraz aksiyaları 98 gündür davam edir.
Lent.az-ın “Mouze” teleqram kanalına istinadən məlumatına görə, etirazçılar mollaların əmmamələrini vuraraq başlarından salır və bunu çəkərək sosial şəbəkələrdə paylaşırlar.
Bir müddət əvvəl mollalar bu səbəbdən əmmamələrini başlarına sarıyıb gəzirdilər. İndi isə yayılan başqa bir görüntüdə onların qorxudan əmmamələrini maşınlarında gəzdirdikləri görünür.
Görüntüləri təqdim edirik: