İnsanlar yanan binadan tullandılar -  VİDEO
01 avqust 2023 18:45 (UTC +04:00)

İnsanlar yanan binadan tullandılar - VİDEO

Qazaxıstanın Almatı şəhərinin Akkent mikrorayonunda 16 mərtəbəli yaşayış binasında yanğın baş verib.

Lent.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Telegram kanalında məlumat verilib.

Sosial şəbəkələrdə hadisə yerindən videolar yayılır. Görüntülərdə insanların yanğından xilas olmaq üçün pəncərədən atıldığı görünür. Eyni zamanda, küçəyə toplaşan şahidlər onları tutmaq üçün çarşaf və döşəklər uzadıblar.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, beşinci və altıncı mərtəbələrin lift şaxtasında elektrik naqillərində yanğın olub. Hazırda yanğın söndürülür.

“Yuxarı mərtəbələrdən insanlar evakuasiya və xilas edilir”, - məlumatda deyilir.

# 2676
avatar

Fidan İlqar

Oxşar yazılar