Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar, “HAVELSAN”-da (Hava Elektronik Sanayi) keçirilən tədbirdə iştirak edib.
Nazir tədbir çərçivəsində snayper tüfəngini götürərək 450 metr aralıdakı hədəfi nişan alıb.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hulisi Akar ilk cəhdində bir atışla hədəfi aşırıb.
Qeyd edək ki, tədbirdə Baş qərargah rəisi general Yaşar Güler, Quru Qoşunları Komandiri general Ümit Dündar, Dəniz Qüvvələri Komandiri admiral Adnan Özbal və Hava Qüvvələri Komandanı general Hasan Küçükakyüz ilə yanaşı, digər rəsmilər də iştirak edib.