Gecəyarısı evə basqın: Keçmiş arvadı və qaynına   görün nələr etdi - VİDEO
16 iyun 2023 11:06 (UTC +04:00)

Gecəyarısı evə basqın: Keçmiş arvadı və qaynına görün nələr etdi - VİDEO

Sabirabad sakini keçmiş arvadının yaşadığı evə hücum edib.

Lent.az-ın "APA"ya istinadən məlumatına görə, hadisə Sabirabad şəhərində baş verib. Sabirabad şəhər sakini, 1983-cü il təvəllüdlü Əliyev Miri Qurban oğlu APA-nın Mil-Muğan bürosuna bildirib ki, gecə saat 00.30 radələrində keçmiş kürəkəni, Kürdəmir rayonunun Mehdili kənd sakini, 1983-cü il təvəllüdlü Mehdiyev Daşqın Mehman oğlu sərxoş halda onların yaşadığı evə hücum edib. Evin qarşısında dayanan, onlara məxsus "Mercedes" markalı avtomobili dəmir linglə yarasız hala salıb.

İnsidentin qarşısını almaq istəyən keçmiş qaynı M.Əliyevə və keçmiş həyat yoldaşı 1988-ci il təvəllüdlü Günel Mehdiyevaya xəsarət yetirib. Hadisənin görüntüləri müşahidə kamerasına düşüb.


 

# 2652
avatar

Oxşar yazılar