Argentinada maraqlı soyğunçuluq olub.
Lent.az xəbər verir ki, 26 yaşlı Xuan Kruz adlı tələbə Argentinanın paytaxtı Buenos-Ayresdəki bankların birinə 33 min dollar dolu çanta ilə gəlib və pulları banka köçürmək istəyib.
Bu zaman motosikletli naməlum şəxs gəncin çantasını oğurlamağa cəhd edib. Xuan Kruzun müqaviməti nəticəsində oğru istədiyinə nail ola bilməyib. Amma dollarla dolu çanta açılıb və pullar küçəyə səpələnib. Yoldan keçən insanlar gənc oğlana pulları yığmağa kömək ediblər.
Xuan Kruzun sadəcə 335 dollar itirdiyi deyilir.