Evinin üstünə göydən buzlar düşdü - VİDEO
20 iyun 2023 11:24 (UTC +04:00)

Evinin üstünə göydən buzlar düşdü - VİDEO

ABŞ-da səmadan müəmmalı buz parçaları evin üstünə düşüb, su kəmərlərinə ziyan vurub.

Lent.az xəbər verir ki, bu barədə "UPI" məlumat yayıb.

Pensilvaniya sakini Cessi Qonzalesin sözlərinə görə, o, evində olub və bu zaman səs-küy eşidib. O, aşağı düşüb həyətdə çoxlu buz parçaları olduğunu, o cümlədən onların nizə kimi torpağa batdığınıı görüb. Bir az sonra amerikalı bir buz parçasının onun su kanalını zədələdiyini müşahidə edib.

“Beləliklə, buzun yerə düşmə son sürət saatda 193 km-dir”, - deyə o bildirib.

Cessi itlərinin bəxti gətirdiyini və zərər çəkmədiklərini deyib. Çünki göydən buz düşəndə ​​heyvanlar orada olublar. O, həmçinin buz parçalarının uçan bir təyyarədən düşdüyünü də iddia edir. 

# 1845
avatar

Fidan İlqar

Oxşar yazılar