Ərdoğanla İlham Əliyev bu mahnını ayaq üstə alqışladı - VİDEO
13 iyun 2023 10:49 (UTC +04:00)

Ərdoğanla İlham Əliyev bu mahnını ayaq üstə alqışladı - VİDEO

Dünən Bakıda, “Gülüstan” sarayında Azərbaycan Prezidentinin dəvəti ilə ölkəmizdə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə dövlət ziyafəti verilib.

Lent.az-ın xəbərinə görə, ziyafətdə rəsmi şəxslərlə yanaşı tanınmış mədəniyyət xadimləri də iştirak ediblər.

Ziyafət zamanı məşhur müğənni, Xalq artisti Azərinin ifası xüsusi maraqla qarşılanıb. Onun ifasında çox eşitdiyimiz “Çırpınırdı Qara dəniz” mahnısı bu dəfə yeni aranjeman və yeni nfəsalə ifa olunub.  

Belə ki, Azərin xanım mahnıya bir neçə yeni sətir əlavə edib. O, sonda “Azərbaycan bayrağını Qarabağdan asacağıq” cümləsini “Azərbaycan bayrağını Qarabağdan asmışıq biz” şəklində oxuyarkən dövlət başçıları ayağa qaxıb, möhtəşəm əsəri və ifanı ayaq üstə alqışlayıblar.
 

 

# 3183
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar