Əməkdar artist Elxan Şirinov küsülü olduğu musiqiçi Cabbar Musayevlə heç vaxt barışmayacaq.
Lent.az xəbər verir ki, ifaçı bu barədə “Həmin Zaur”da danışıb:
"Küsülü deyilik, insan saxtakarlıq etsə, heç vaxt bağışlamaram, mümkün deyil. Öz oğlumun da səhvi olarsa, bağışlamaram. Ona gözümün yağını yedizdirmişəm. Barışdırmaq üçün təşəbbüs göstərən çox olub. Rayondan sayılıb-seçilən adamlar gəliblər, amma mümkün deyil. O dünya məsələsi var. Orada haqq hesab edəcəyəm. Zəng vursa, danışaram, amma elə məntiqli söz deyərəm ki, üçümüz də pərt olarıq".