Dünyanın  ən uzun dili   olan iti -  VİDEO
05 iyun 2023 12:11 (UTC +04:00)

Dünyanın ən uzun dili olan iti - VİDEO

Dünyanın ən uzun dilli iti rekorda imza atıb. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Luizianadan (ABŞ) olan bu itin dilinin uzunluğu 12,7 santimetrdir. O, Ginnesin Rekordlar Kitabına düşüb.

Labrador və Alman çoban cinsindən olan bu itin rekord qırması baytarın burnunun ucundan dilinin ucuna qədər olan məsafəni ölçəndən sonra məlum olub. 

Heyvanın sahibləri, Metairie sakinləri Sadie və Drev Villiams, iti cəmi 6 həftəlik olarkən aldıqlarını deyiblər. Onların sözlərinə görə, itin dilinin qeyri-adi dərəcədə uzun olduğunu dərhal gördüklərini bildiriblər. 

“Zaman-zaman onu gəzməyə aparanda insanlar onun yanına gəlir və onu sığallamaq istəyirlər. Biz onları qabaqcadan xəbərdar edirik", - itin sahibi deyib. 

# 2466
avatar

Sevinc Fərid

Oxşar yazılar