Donuz  canlı yayımda jurnalistə hücum etdi
24 iyul 2023 15:45 (UTC +04:00)

Donuz canlı yayımda jurnalistə hücum etdi

Amerikada canlı yayıma çıxan bir jurnalistə donuz hücum edib.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, media əməkdaşı izləyicilərə Kineti kəndində baş verən daşqınlar haqqında məlumat verib. Ancaq bu zaman bir donuz ona hücum edib.

Müxbir baş verən hadisədən şikayətlənib. O bildirib ki, donuz səhərdən onların bütün çəkiliş qrupunu təqib edib. Daha sonra isə öz aqressivliyini nümayiş etdirib.

Mantikos adlı jurnalist efirdə olarkən "Bağışlayın, dözə bilmirəm, çünki o, məni dişləyir", - deyərək yayımı dayandırıb.

 

# 5343
avatar

Sevinc Fərid

Oxşar yazılar