İşğaldan azad olunan ərazilərə gedən Dilqəm Əsgərov öz təəssüratlarını Lent.az-la bölüşüb.
O, səfər zamanı heç bir kədər hissi yaşamadığını qeyd edib:
"Şuşa, Cəbrayıl, Laçın rayonları və Hadrut qəsəbəsində olduq. Yol kənarlarında ermənilərin məhv edilmiş texnikalarını gördük. Burada ancaq sevinc hissi yaşadıq. Şuşa həbsxanasına daxil olmağa icazə verilmir. Şuşanı doyunca seyr etdim. Burada Azərbaycan bayrağını, zabitlərimizi görüb sevinməmək mümkün deyil. Zabitlərimizlə görüşüb, çay içdik”.
***
Saat: 12:51
Vətən müharibəsindən sonra erməni girovluğundan azad olunan Dilqəm Əsgərov işğaldan azad olunmuş ərazilərə səfər edib.
Lent.az-ın məlumatına görə, D.Əsgərov səfər zamanı Hadrut qəsəbəsi, Şuşa və Laçın rayonlarında olub.
Onu həmçinin Şuşa həbsxanasına da aparıblar.
Lent.az D.Əsgərovun Şuşa həbsxanasından və digər ərazilərdən çəkilmiş fotolarını təqdim edir:
Dilqəm Əsgərov Şuşa həbsxanasında
Dilqəm Əsgərov Şuşada
Dilqəm Əsgərov Şuşada
Dilqəm Əsgərov Şuşada
Dilqəm Əsgərov Şuşada
Dilqəm Əsgərov Şuşada
Dilqəm Əsgərov Şuşada
Dilqəm Əsgərov Laçında
Dilqəm Əsgərov Vaqifin məqbərəsində