Bir-birinə tərs baxan qadınlar saçyolduya çıxdılar - VİDEO
11 aprel 2023 15:31 (UTC +04:00)

Bir-birinə tərs baxan qadınlar saçyolduya çıxdılar - VİDEO

Türkiyədə küçədə bir-birinə tərs baxan qadınlar dalaşıblar.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Bursa şəhərinin Osmanqazi rayonu Hüdavəndigar Məhəlləsində baş verib. Əldə edilən məlumata görə, iki qadın arasında tərs baxmaq məsələsi ilə bağlı mübahisə düşüb.

Mübahisə qısa zamanda davaya çevrilib. Qadınlar bir-birinin saçını amansızcasına yolarkən ətrafdakı vətəndaşlar müdaxilə edib. Dava vətəndaşların müdaxiləsi ilə dayandırılıb.

Hadisə yerinə gələn polis qadınları bölməyə aparıb.

 

# 2724
avatar

Oxşar yazılar