Gecədən başlayan leysan yağışları Bakıda fəsadsız ötüşməyib.
Lent.az xəbər verir ki, əksər yolları su basıb və nəqliyyatın hərəkəti iflic olub. Xüsusən, Bakının ətraf qəsəbələrində yollarda böyük gölməçələr yaranıb.
Təqdim edəcəyimiz görüntülərdən biri Binə qəsəbəsindəndir. Videodan da aydın görünür ki, yağış suları səkiyə çıxıb. Bəzi yerlərdə hətta nəqliyyatın hərəkəti keçilməz olub. Sakinlərin sözlərinə görə, qəsəbənin mərkəzi yolu olan Əli İsazadə küçəsi az yağış yağsa belə bu vəziyyətə düşür.
Digər görüntü isə paytaxtın Zabrat qəsəbəsindəndir. Göründüyü kimi, nəqliyyat axınının güclü olduğu Sabunçu-Zabrat yolu sürücülər üçün çətinliklər yaradıb.