Biləsuvarda maşından 8 kilodan çox  narkotik tapıldı - VİDEO
14 iyul 2023 16:53 (UTC +04:00)

Biləsuvarda maşından 8 kilodan çox narkotik tapıldı - VİDEO

Biləsuvarda narkotacirlər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumat görə, Cəbrayıl rayon Polis Şöbəsinin əməkdaşları Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 11 saylı qəsəbə ərazisində əməliyyat tədbiri keçiriblər. Nəticədə Kürdəmir rayon sakinləri, əvvəllər məhkum edilmişlər Səbuhi Şəmiyev və Ramil Məmmədovun idarələrində olan avtomobil saxlanılıb.

Onlar narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən avtomobillə birlikdə şöbəyə gətiriliblər. Avtomobildə aparılan müvafiq axtarış zamanı onlara məxsus 5 kiloqram 120 qram marixuana və 3 kiloqram 125 qram tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə adıçəkilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

# 1992
avatar

Oxşar yazılar