Bəzi sürücülərin yaralı yerlərindən biri avtomobili düzgün park etməkdir.
Lent.az xəbər verir ki, dəfələrlə avtomobillərin parklanması zamanı baş verən qəzalar və gülməli hadisələrlə bağlı görüntülər yayılıb. Növbəti belə hadisə bu yaxınlarda xarici ölkələrin birində baş verib.
Sürücü park edilən avtomobili "qovaraq" onun yerinə sahiblənib. Ancaq daha sonra maşını saxlaya bilməyib və geriyə hərəkət edərək hasara çırpılıb.
Görüntülər sosial şəbəkələrdə izləyicilərin gülüşünə səbəb olub.
Müşahidə kamerasına yansıyan videonu təqdim edirik: