Baş məşqçi  hakimə kəllə vurdu - VİDEO
12 aprel 2022 19:29 (UTC +04:00)

Baş məşqçi hakimə kəllə vurdu - VİDEO

Brazilyanın "Desportiva Ferroviaria" və "Nova Venezia" futbol komandaları arasında keçirilən oyunda xoşagəlməz hadisə yaşanıb. 

Lent.az xəbər verir ki, oyunun birinci yarısı bitdikdən sonra "Desportiva Ferroviaria"nın baş məşqçisi meydançaya qaçıb. 

Meydançaya qaçan baş məşqçi Rafael Soriano hakimdən narazı olduğunu bildirib və nəticədə sarı vərəqə alıb. Bu, Sarianonu daha da əsəbiləşdirib və hakimə kəllə vurub. 

Klub dərhal Sorianonun qovulduğunu bildirib. Əyalət İdman Məhkəməsi isə məşqçini 30 gün müddətində futbol sahəsindən uzaqlaşdırıb. 

Oyunun sonunda isə "Desportiva Ferroviaria" klubu 1:3 hesabı ilə məğlub olub. 

Həmin görüntüləri təqdim edirik: 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3600
avatar

Sevinc Fərid

Oxşar yazılar