Bakıda yol polisi əməkdaşının yanında ağır qəza olub.
Lent.az-ın məlumatına görə, hadisə paytaxtın mərkəzi küçələrinin birində qeydə alınıb.
Kəsişmədə “Opel” və “Hyundai” markalı minik avtomobilləri toqquşub.
Hadisə zamanı yol patrul xidmətinin əməkdaşı da həmin kəsişmədə olub. Belə ki, polis əməkdaşı toqquşan avtomobillərin arasında qalıb. Nəticədə yol polisi əməkdaşı ölümdən dönüb və qolundan yüngül xəsarət alıb.
Lent.az hadisə anının görüntülərini əldə edib.
Həmin görüntüləri təqdim edirik: