Bakıda qadın avtomobilin şüşələrini sındırıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Lent.az-a bildirib ki, becə saatlarında Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində bir avtomobilə qəsdən zərər verilməsi barədə polisə məlumat daxil olub.
Daxil olmuş məlumat əsasında 30-cu Polis Şöbəsində təhqiqat araşdırması başlanılıb.
Araşdırmalarla məlum olub ki, 40 yaşlı qadın 4 il əvvəl münasibətdə olduğu şəxsə məxsus olan "Mersedes" markalı avtomaşının ön və yan şüşəsinin küt alətlə sındıraraq ehtiyyat hissələrini yarasız hala salıb.
Hal-hazırda hər iki şəxsin qarşılıqlı müraciətləri əsasında araşdırmalar davam etdirilir.