Bakıda piyadaların VURULMA ANI - ŞOK VİDEO
05 may 2025 10:26 (UTC +04:00)

Bakıda piyadaların VURULMA ANI - ŞOK VİDEO

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücü və piyadalara müraciət edib.

Lent.az-a daxil olan müraciətdə qeyd olunur ki, paytaxt yollarında müxtəlif vaxtlarda bəzi sürücü və piyadaların qaydalara əməl etməməsi, diqqətli olmaması səbəbindən piyadaların iştirakı ilə yol-nəqliyyat hadisələri baş verir.

Bu cür qəzalar əksər hallarda xəsarət və ya ölümlə nəticələnir. Təbii ki aparılan maarifləndirmə və praktiki tədbirlər öz nəticəsini verir və bu qəzaların sayında azalma var. Ancaq buna baxmayaraq, yollarda həyatlarına laqeyd yanaşan bəzi piyadalar hələ də keçidlərdən istifadə etmirlər, nizamlayıcının tələblərinə diqqət yetirmirlər.

Digər bir məqam sürücülərlə bağlıdır. Müşahidələr onu deməyə əsas verir ki, bəzən piyadalar keçidlərdə dəqiqələrlə gözləmək məcburiyyətində qalırlar və yaxud da bir sıra sürücülər keçidlərdən keçən piyadalara yol vermirlər.

Bu cür qəzaların baş verməməsi üçün hər birimiz üzərimizə düşən məsuliyyəti dərk etməli və qaydalara əməl etməliyik.

Bir daha sürücü və piyadalara çağırış edirik:

"Sürücülər piyada keçidlərinə yaxınlaşdıqda sürəti azaltmalı və piyadalara yol verməlidir. Piyadalar isə piyada keçidlərindən keçməli, nizamlayıcının tələblərinə diqqət yetirməli və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra keçməlidirlər".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2394

Oxşar yazılar

APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

1 avqust 2025 , 10:00
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

31 iyul 2025 , 10:01
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

30 iyul 2025 , 10:00
Bakıda zibil qabları istidən əriyir? - VİDEO

Bakıda zibil qabları istidən əriyir? - VİDEO

29 iyul 2025 , 17:47
Toyu zülmə çevirən adətlər - İMPULS

Toyu zülmə çevirən adətlər - İMPULS

29 iyul 2025 , 17:07
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

28 iyul 2025 , 10:00
Qarabağın 5 rayonunda  YANĞIN - 620 personal, 4 helikopter işləyir - YENİLƏNİB

Qarabağın 5 rayonunda YANĞIN - 620 personal, 4 helikopter işləyir - YENİLƏNİB

26 iyul 2025 , 13:43
Ağdərədəki yanğınlara helikopterlər cəlb olundu - VİDEO

Ağdərədəki yanğınlara helikopterlər cəlb olundu - VİDEO

26 iyul 2025 , 12:09