Bakıda daha bir sürücü maşını geriyə sürdü - VİDEO
11 aprel 2023 09:49 (UTC +04:00)

Bakıda daha bir sürücü maşını geriyə sürdü - VİDEO

Bakıda daha bir avtomobil geriyə sürmə "trend"inə qoşulub.

Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Hadisənin heydər Əliyev prospektindəki tuneldə qeydə alındığı bildirilir. Belə ki, "VAZ-21099" markalı avtomobil tunelin girişində geriyə hərəkət edib. Bu da digər hərəkət iştirakçılarına mane olub.

Qeyd edək ki, bir neçə gün əvvəl də Bakının mərkəzində "Volkswagen" markalı avtomobilin gənc sürücüsü geriyə hərəkət edərək qaydaları kobud pozub.

# 3042
avatar

Oxşar yazılar