Bakıda azyaşlıya şiddət göstərənlər tapıldı -  DƏHŞƏTLİ VİDEO  - YENİLƏNİB
04 avqust 2023 12:54 (UTC +04:00)

Bakıda azyaşlıya şiddət göstərənlər tapıldı - DƏHŞƏTLİ VİDEO - YENİLƏNİB

Sosial şəbəkələrdə azyaşlılar arasında zorakılığı əks etdirən görüntülərlə bağlı araşdırma aparılıb. 

DİN-in mətbuat xidmətindən Lent.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən Xətai rayonu S.Əhmədov küçəsində baş vermiş hadisə üzrə əməli törədən azyaşlılar müəyyən olunublar.

Zorakılığa məruz qalan uşaqla bağlı ekspertiza təyin edilib. 

Ekspertiza rəyindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir. 

Hazırda təhqiqat araşdırmaları davam etdirilir.

***

saat 10:57

Bakıda azyaşlı oğlan yeniyetmələr tərəfindən döyülüb. 

Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. 

Paylaşılan görüntülərdə azyaşlının yeniyetmələr tərəfindən şiddətə məruz qalması əks olunub. Eyni zamanda, kamera görüntülərindən hadisə iki gün əvvəl-avqustun 2-də qeydə alındığı məlum olub. 

Belə ki, şəxsiyyətləri məlum olmayan iki yeniyetmə mağazanın qarşısında oturan azyaşlıya şiddət göstərir, daha sonra bunu telefonla çəkirlər. 

DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Lent.az-a bilidirib ki, sözügedən hadisədən xəbərdardırlar. Hazırda polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Yayılmış görüntüləri təqdim edirik:

# 4971
avatar

Fidan İlqar

Oxşar yazılar