Bakıda 5 nəfəri qarət etdiyi üçün axtarışda olan tutuldu - VİDEO
05 may 2026 15:54 (UTC +04:00)

Bakıda 5 nəfəri qarət etdiyi üçün axtarışda olan tutuldu - VİDEO

0

Bakının Nizami rayonunda müxtəlif vaxtlarda 5 nəfərə məxsus mobil telefonlar onların işlədikləri məkanlar və avtomobillərdən oğurlanıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı İmran Həmidov saxlanılıb. Onun paytaxtın digər rayonlarında da analoji cinayətlər törətdiyinə görə axtarışda olduğu müəyyən edilib.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər tədbirlər zamanı isə ev və marketlərdən oğurluq etməkdə şübhəli bilinən 29 yaşlı Vüsal Əliyev və 28 yaşlı Fərid Əliyev də müəyyən edilərək saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 166

Oxşar yazılar