Azərbaycanlı əsirin dəhşətli məktubu: "Yalvarıram, məni qurtarın"  - VİDEO
04 aprel 2022 17:23 (UTC +04:00)

Azərbaycanlı əsirin dəhşətli məktubu: "Yalvarıram, məni qurtarın" - VİDEO

Fərrux kəndi ərazisində bu günlərdə kütləvi məzarlıq aşkarlandı. Həmin insan qalıqları birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərə aiddir və onların kimliyi DTN analizləri ilə müəyyən ediləcək. 

Lent.az APA TV-yə istinadən xəbər verir ki, belə bir ərəfədə Ermənistanın törətmiş olduğu, habelə beynəlxalq qurumların göz yumduğu dəhşətli bir fakt üzə çıxıb.

Belə ki, Quba rayonundan olan hərbi qulluqçu Novruzov Laçın Əhməd oğlunun 1994-cü ildə əsirlikdə olarkən Qırmızı Xaç vasitəsi ilə evlərinə göndərdiyi məktub üzə çıxıb. Əsirin məktubu sosial şəbəkələrdə yayılıb. 

Məktubdan aydın olur ki, Laçın Novruzov həmin vaxt sağ olub. Məktubda deyilir: “Salam ata-mama. Mən Novruzov Laçın, sağ-salamatam. Ermənistanın Edilli kəndindəyəm. Sizə qurban olum, gəlin məni qurtarın. Yalvarıram mama, bunu yazan Laçındır. Necə olursa-olsun qurtarın. Mama-Papa məni qurtarın burdan. Yaşamaq istəyirəm, tez qurtarın, gözləyirəm sizi. Novruzov Laçın. Sağ olun”.

Lakin belə məlum olur ki, Qırmızı Xaç həmin zaman yeri-yurdu dəqiq bəlli olan azərbaycanlının taleyinə biganə yanaşıb, Laçının geri qaytarılması üçün heç bir iş görməyib.

Əsirlikdən qayıtmış bəzi şəxslər iddia ediblər ki, Laçın Novruzov bu məktubunu yazdıqdan bir müddət sonra işgəncələrlə qətlə yetirilib. Harada basdırıldığı isə məlum deyil...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4776
avatar

Oxşar yazılar