Xaçmazda iti asaraq öldürən şəxs məsuliyyətə cəlb olunub.
Daxili İşlrə Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov Lent.az-a bildirib ki, sosial şəbəkələrdə yayılmış itin amansızlıqla asılaraq öldürülməsi görüntüləri ilə bağlı hadisə fevral ayının 19-da Xaçmaz rayonunda baş verib:
!Hadisəni törədən şəxs Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən dərhal müəyyən edilib. Həmin şəxsin rayonun Gödəkli kənd sakini 86 yaşlı Balasoltan Daşdəmirov olduğu müəyyən edilib. Həmin gün onun barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə (Heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsi) müvafiq tədbir görülüb".