“Beşiktaş”ın çempionluğunu qeyd edən azərkeşləri sakitləşdirmək üçün silahlar işə düşüb.
Lent.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, Göztepe oyunundan sonra çempionluğunu elan edən “Beşiktaş” tərəfdarları küçələrə çıxaraq bunu qeyd etməyə başlayıblar.
Hadisə yerinə gələn polislər, azərkeşlərin buranı tərk etmələri ilə bağlı xəbərdarlıq ediblər. Amma azərkeşlər bu xəbərdarlığa məhəl qoymayıblar. Nəticədə polislərlə davaya çıxıblar. Polis nümayəndələri ortalığı sakitləşdirmək üçün havaya atəş açıblar.
Qeyd edək ki, “Beşiktaş”la “Qalatasaray” mövsümü eyni xalla (84) tamamlamasına baxmayaraq, müsbət top fərqi rəqibindən daha çox olan “ağ-qaralar” finişə birinci çatıb. Beləliklə, 3 illik həsrətə son qoyan “Beşiktaş” 16-cı dəfə Türkiyə çempionluğunu qazanıb.
Bununla 2021/22 mövsümündə Türkiyəni avrokuboklarda təmsil edəcək komandalar da müəyyənləşib. “Beşiktaş” və “Qalatasaray” Çempionlar Liqasında mübarizə aparacaqsa, “Fənərbaxça” ilə 4-cü yeri tutan “Trabzonspor” yeni yaradılmış Konfrans Liqasında çıxış edəcək.