Xorvatiyanın aşağı futbol liqalarından birində qəribə epizod baş verib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bir futbol azarkeşi tribunaya “Zolya” tank əleyhinə qumbaraatan gətirib.
Bu, "Plitvitse" - "Sokolets" komandalarının oyunu zamanı baş verib. Üstəlik, fanat bununla da dayanmayıb, meydanın digər tərəfində ağır silahdan atəş açmaq qərarına gəlib. Məhz bu məqamda ehtiyat oyunçular orada isinmə hərəkətləri edirmişlər.
Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Hazırda polis xuliqanın motivlərini müəyyənləşdirərək hadisəni araşdırır.
Qeyd edək ki, “Zolya” Serbiyada tank əleyhinə qumbaraatandır. 70-ci illərdə zirehli texnika və düşmən istehkamları ilə mübarizə aparmaq üçün hazırlanıb.