“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Hava Limanı İstismarı Baş İdarəsi uçuşların təhlükəsizliyinin ornitoloji təminatı üzrə fəhlə axtarır.
Bu barədə AZAL-ın rəsmi saytında məlumat yerləşdirilib.
Fəhlənin vəzifə öhdəliklərinə aerodrom ərazisində piyada və avtomobillə ornitoloji tədbirlər aparılması, quşların toplanma və yuvalanma yerini müəyyənləşdirərək ləğv etmək daxildir. İş üçün tələb olunan sənədlər siyahısında ovçuluq bileti də var. AZAL-dan APA Tv –yə verilən məlumata görə, bu vakansiyaya zərurət hava limanı ərazisində potensial təhlükəsizlik tədbirlərinin aparılması zərurətindən yaranıb və bütün aeroportlarda bu vəzifə mövcuddur.