Ayı evə girib  bütün kotletləri   yedi, pəncərədən düşüb qaçdı -  VİDEO
19 iyun 2023 10:43 (UTC +04:00)

Ayı evə girib bütün kotletləri yedi, pəncərədən düşüb qaçdı - VİDEO

Ayılar ağıllı canlılardır. Stimboat-Sprinqsdə (ABŞ) onlardan biri evə girəcək qədər ağıllı imiş, lakin geri qayıtmağın yolunu tapa bilməyib.

Lent.az xarici mediaya istinadən bildirir ki, ayı evə girdikdən sonra bir neçə dəfə üst mərtəbədəki pəncərədən çıxmağa çalışsa da, tullanmağa cəsarət etməyib.

Evin sahibi Rayan Makfarleyn işdə olanda ayının evinə birinci mərtəbədəki pəncərədən girdiyini öyrəndiyini deyib:

"Pəncərəni sındırıb, sonra evə girib və nahar üçün donuz ətindən bişirdiyim kotletləri yeyib, divar şkafından qəlyanaltı götürüb və bitkiləri çevirib".

Ayı yataq otağına girəndə özünü içəri bağlayıb və pəncərədən çıxmağa çalışıb.

"Zabitlərdən biri içəri girib və ayı çıxa bilməsi üçün yataq otağının qapısını açıb", - Makfarleyn deyib.

Axırda ayı evi gəldiyi yoldan tərk edib.

“Mən minlərlə dollar dəyərində ciddi ziyandan qorxdum və belə bir fikir beynimdən keçdi. Amma bu dəfə hər şey yoluna düşdü. Qonaq kimi hörmətlə davrandığına görə minnətdaram”, - kişi vurğulayıb.
 

# 3498
avatar

Oxşar yazılar