Afətdən Xalq artistinə  CAVAB:   "Alt dodağı yer, üst dodağı..." -  VİDEO
14 mart 2022 11:26 (UTC +04:00)

Afətdən Xalq artistinə CAVAB: "Alt dodağı yer, üst dodağı..." - VİDEO

Xalq artisti Naibə Allahverdiyevanın müğənni Afət Fərmanqızı barədə söylədiyi fikirlər cavabsız qalmayıb. 

Lent.az-ın məlumatına görə, ifaçı "Instagram" səhifəsində video paylaşaraq, aktrisanın adını çəkmədən bu sözləri deyib: "Bir aktrisa var, alt dodağı yer, üst dodağı göy süpürür. Aktrisa guya Xalq artisti ilə mübahisəmə münasibət bildirib, mənim cavabımı verib. Əvvəla, sənin əyri fikirlərin ağzın kimi əyridir. Ona görə də fikirlərin keçərli deyil.

Deyirsən ki, onun nə haqqı var, böyük sənəti olan sənətkara belə sözlər deyir? Bəs, onun nə haqqı var ki, belə təhqirlər edir? O təhqirləri xalqa deməmişəm, yaxınlarım, əzizlərim sarsıla bilər. Onları saxlamışam məhkəmədə sübut kimi göstəriləcək. Hamınız dövlətdən yaxşı maaş alırsınız, pandemiyada onca manat insanlara kömək etmədiniz. Amma mən öz hesabımla 100 ailəyə yardım etmişəm. Ona görə də xalqın artisti də, əməkdar artist də özüməm".

Qeyd edək ki, N.Allahverdiyeva ad çəkmədən Afətin ünvanına bunları yazmışdı:
"Bunu yazmasam ürəyim partlayar. Xalq artisti, əvəzolunmaz, korifey, vətənpərvər sənətkar Flora Kərimova...

Flora xanımın istedadının hüdudları yoxdur. Bu gün isə eşidirik ki, Flora xanım deyir, məni təhqir edib, şərəf və ləyaqətimi alçaldıblar. Bu, dəhşətdir. Sənətdə subordinasiya itib. Biz gəncliyimizdə özümüzdən böyük sənətkarları, Xalq artistlərini görəndə özümüzü yığışdırırdıq, yaxınlaşıb "salam" verməyə utanırdıq, onlardan sənətin sirlərini öyrənməyə çalışırdıq. Arzu edirdik ki, biz də onlar kimi sənətdə iz qoyaq, tamaşaçıların məhəbbətini qazanaq. Bu gün də özümdən böyük sənətkarları görəndə ayağa qalxıram. Bunu özümə borc bilirəm.  Amma bu gün nə görürük, sənətin əlifbasını belə bilməyənlər, Azərbaycan musiqisini bərbad günə qoyanlar Flora xanım kimi sənətkara hörmətsizlik edirlər. Ayıb olsun! Flora Kərimova Xalq artisti, xalqın sevdiyi, hörmət etdiyi sənətkardır. Azərbaycan musiqi tarixinə öz imzasını qoymuş sənətkardır. O, bir brenddir. Azərbaycan musiqisi yaşadıqca, Flora xanımın oxuduğu əsərlər (hər mahnısı bir əsərdir) yaşayacaq. Sən kimsən? Hansı titulun sahibisən? Hansı oxuduğun musiqilərlə imza atmısan? İki badam, bir qoz? Xalq artisti öz sənətinin generalıdır. Sənin borcundur ona hörmət etmək. Susduqca, həddinizi aşmayın".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8349

Oxşar yazılar

Şəhərin mərkəzində dayanacaq yoxdur -VİDEO

Şəhərin mərkəzində dayanacaq yoxdur -VİDEO

18 iyun 2025 , 18:20
Bakıda avtobuslar niyə yoxa çıxır? -VİDEO

Bakıda avtobuslar niyə yoxa çıxır? -VİDEO

18 iyun 2025 , 16:50
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

18 iyun 2025 , 10:00
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

17 iyun 2025 , 10:00
Təbrizdə partlayışlar oldu - VİDEO

Təbrizdə partlayışlar oldu - VİDEO

14 iyun 2025 , 13:17
İran raketlərinin fonunda toy  - Baxa-baxa oynadılar - VİDEO

İran raketlərinin fonunda toy - Baxa-baxa oynadılar - VİDEO

14 iyun 2025 , 12:28
Tehranda 60 nəfər ölüb, 20-i uşaqdır - VİDEO

Tehranda 60 nəfər ölüb, 20-i uşaqdır - VİDEO

14 iyun 2025 , 12:15
İsrail İran PUA-sını belə məhv etdi - VİDEO

İsrail İran PUA-sını belə məhv etdi - VİDEO

14 iyun 2025 , 10:15