Krımın mərkəzi Simferopol şəhərində ad günü məclisində faciə yaşanıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə mayın 21-də baş verib. Ad gününü keçirən gənc qız dostlarının onun başını torta basacağını əvvəldən bilirdi. Lakin dəhşətlisi odur ki, tortun içərisində sancaq da olub.
Nəticədə yığıncaq yarımçıq kəsilməli olub. Zərərçəkən yuxarı göz qapağının zədələnməsi ilə xəstəxanaya aparılıb. Məlum olub ki, sancaq bir az aşağı dəysə idi, qız doğum günündə kor ola bilərdi.
Həkimlər zərərçəkmişə tor qişasına qansızma diaqnozu qoyub və onu bir həftə xəstəxanada saxlamalı olublar.