Bakı sakinlərinin siqaret qadağasına münasibəti: "Xüsusi yer ayrılsın" - VİDEO
24 noyabr 2020 09:18 (UTC +04:00)

Bakı sakinlərinin siqaret qadağasına münasibəti: "Xüsusi yer ayrılsın" - VİDEO

Nazirlər kabineti yanında operativ qərargahın qərarına əsasən noyabrın 21-dən açıq havada da maska taxmayanlara qarşı cərimə tətbiq ediləcək. Bu gün isə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov mətbuata açıqlamasında açıq havada maskanı endirib siqaret çəkənlərə də qarşı cərimə tətbiq ediləcəyini bildirib. Bəs görək Bakı sakinləri qaydalara necə yanaşır?

Bununla bağlı Lent.az-ın əməkdaşı şəhərdə sorğu keçirib. Sorğumuz zamanı əksəriyyət açıq havada da maska taxmağın lazım olduğunu deyərək, siqaretlə bağlı qadağaya da fərqli münasibət göstərib.

Ancaq sorğuda iştirak edənlər arasında qadağaya görə, siqaret çəkilməsi üçün xüsusi yer ayrılmasını istəyənlər də oldu.
Qeyd edək ki, ölkədə koronavirusa yoluxma sayının 3 mini keçməsi koronavirusla mübarizə tədbirlərini gücləndirib. Belə ki, noyabrın 21-dən etibarən açıq havada belə maska taxılmalı, həftəsonları isə market və apteklərdən başqa bütün iaşə obyektləri qapalı olmalıdır.

# 7270
avatar

Mehman Nəbiyev

Oxşar yazılar