Uşaqlarda burun qanamasının  SƏBƏBLƏRİ:   Nə etməlisiniz?
12 yanvar 2022 14:26 (UTC +04:00)

Uşaqlarda burun qanamasının SƏBƏBLƏRİ: Nə etməlisiniz?

Hər yaşda müşahidə edilən burun qanamalarına yay aylarında daha çox rast gəlinir. Bununla yanaşı, soyuq qış aylarında da burun qanamasından şikayət edənlər az deyil. Sadə burun qanaması bəzən həyat üçün təhlükə də yarada bilər. Buna görə də burun qanaması hallarına ciddi yanaşmaq məsləhətdir. 

Böyüklərlə müqayisədə uşaqlarda bu hallar daha çox baş verir. Burun qanaması zamanı nə etmək lazımdır ? Bu hansı hallarda baş verir ? 

Lent.az xarici KİV-ə istinadən bildirir ki, uşaqda burun qanaması, ümumiyyətlə, heç bir səbəb olmadan, qəfildən də baş verə bilər. Çox vaxt qanaxma müəyyən vaxtdan sonra dayanır. Yox, əgər uzun müddət davam edərsə, uşaq özünü halsız, zəif hiss edir və təzyiqi aşağı düşür. Sonra baş fırlanır və soyuq tər basır. Uzun müddət davam edən qanaxma böyük qan itkisinə, anemiyanın inkişafına gətirib çıxarır. 

Uşaqlarda baş verən burun qanaxması zamanı ilkin tibbi yardım aşağıdakı kimi olmalıdır:

1. İlk növbədə sakit olmaq və həyəcanlanmamaq lazımdır. 

2. Uşağınızın başını bir az irəli əyərək iki barmağınızla burun qanadlarını (çökək hissəsi) sıxın. 

3. Üç dəqiqə gözlədikdən sonra uşağınızın burnunu soyuq su ilə və ya üfürərək təmizləyin. 

4. Yenə iki barmağınızla burun qanadlarına basıb saxlayın. Əgər qanaxma dayanmasa və davam edərsə, həkimə müraciət edin. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5049
avatar

Sevinc Fərid

Oxşar yazılar