Səhər yeməyinin və meyvə-tərəvəzin uşaqlar üçün  FAYDASI
11 noyabr 2021 07:10 (UTC +04:00)

Səhər yeməyinin və meyvə-tərəvəzin uşaqlar üçün FAYDASI

Uşaqların həm mənəvi, həm də fiziki sağlamlığı üçün qidalanmanın əhəmiyyəti çox böyükdür.

Lent.az sizə uşaqların qida rasionunda lazım olan ən vacib məhsulları təqdim edir.

Aparılan araşdırmalar göstərir ki, uşaqların sağlamlığı üçün səhər yeməyi mütləqdir. Həm ibtidai, həm də orta məktəb şagirdləri düzgün qidalanmaqla dərslərində daha çox uğur qazana bilər. Düzgün qidalanma ideyasına mübtəla olmuş valideynlər arasında uşağa səhərlər təzə sıxılmış meyvə şirəsi vermək çox yayılıb. Lakin bu, o qədər də düzgün deyil. Meyvə şirəsi mədə üçün aqressiv bir içkidir. Təzə yuxudan oyanmış və hələ heç nə yeməmiş uşağa bu şirəni vermək çox da yaxşı fikir deyil.

Məktəbli uşağa səhər yeməyinə yulaf, düyü sıyığı vermək daha münasibdir. Onların tərkibində olan karbohidratlar bədəndəki enerjini uzun müddət saxlayır. Bundan başqa, B vitaminin mövcudluğu uşaqları əsəb gərginliyinə qarşı daha davamlı edir.

Araşdırmalar göstərir ki, meyvə və tərəvəz yeyən uşaqların psixoloji sağlamlığı daha yaxşı olur.

Uşaqlar şirin və şəkərli qidaları daha çox sevdikləri üçün tərəvəzləri dadsız hesab edirlər. Bunun nəticəsində meyvə-tərəvəz sevdikləri qida deyil. Bəzən valideynlər narahat olduğundan uşaqların meyvə-tərəvəz yeməsini təmin etmək üçün düzgün olmayan yollara baş vuraraq inadkarlıq edir. Uşağı həvəsləndirib meyvə-tərəvəz yeməyə təşviq etmək ən düzgün yoldur.

Meyvə və tərəvəzlər vitamin, mineral və liflə zəngindir.

Bu qidaların uşaqlar üçün nə kimi əhəmiyyəti var?

- Sağlamlığı qoruyur və xəstəliklərə qarşı güclü immunitet sistemi yaradır;

- Uşaqların sağlam böyüməsini və inkişafını təmin edir;

-  Meyvə və tərəvəzlərdə olan qida maddələri xroniki xəstəliklərin qarşısını alır;

- Yüksək lif tərkibi həzm sisteminin düzgün işləməsinə kömək edir.

# 2271
avatar

Sevinc Fərid

Oxşar yazılar