Avropanın ən qeyri-adi 10 qalası   – Görənləri heyran edir
30 may 2024 15:47 (UTC +04:00)

Avropanın ən qeyri-adi 10 qalası – Görənləri heyran edir

Avropa qitəsi bütün mümkün memarlıq üslublarında olan çoxsaylı qalaları və sarayları ilə məşhurdur. Onlar tez-tez mənzərəli yerlərdə yerləşirlər və əfsanələrlə örtülüdürlər. Buna görə də həmin yerlər Avropaya gələn turistlərin əksəriyyəti üçün mütləq görməli yerlərdir .

Lent.az xarici KİV-ə istinadən Avropanın ən qeyri-adi 10 qalasının siyahısını hazırlayıb.

Chateau de Chambord, Fransa 

Fransanın Luara vadisindəki ən böyük qala olan Şambord 16-cı əsrin birinci yarısında Kral I Fransisk üçün ov evi kimi tikilib. Fransız İnqilabından sonra bir müddət tərk edilmişdi. Ancaq indi ictimaiyyət üçün açıqdır. Ümumilikdə qalada 400-dən çox otaq və 80-dən çox pilləkən var.

Eilean Donan qalası, Şotlandiya 

Bu, Şotlandiyanın ən ikonik yerlərindən biridir. Ora üç gölün qovuşduğu bir adada yerləşir. Qala 13-cü əsrdə tikilib, lakin o vaxtdan bəri bir neçə dəfə yenidən qurulub. Turistlər qalanın demək olar ki, hər yerini ziyarət edə bilərlər.

Korvin qəsri, Rumıniya

 Avropanın ən böyük qalalarından biridir və Rumıniyanın Yeddi Möcüzəsindən biri hesab olunur. Qala bir neçə mərhələdə tikilib və daxilində Cəngavərlər və Parlament Zalı var.

Noyşvanşteyn qəsri, Almaniya 

Bu, bəlkə də dünyanın ən məşhur qalasıdır və həmçinin Disneyin Zoluşkadan olan məşhur qəsri üçün ilham mənbəyi hesab olunur. 19-cu əsrə aid saray Alp dağlarının ətəyində yerləşir və onu ildə bir milyondan çox turist ziyarət edir. Təsirli görünüşünə baxmayaraq, onun tikintisi heç vaxt başa çatmayib və onu öz iqamətgahı kimi tikən Bavariya kralı II Lüdviqin orada yaşamağa vaxtı olmayıb. 

Conwy Castle, Uels

Uels Avropada hər kvadrat kilometrinə ən çox qala düşən ölkədir. və Conwy ölkənin ən təsirli qalalarından biridir. Bu orta əsr qalası Kral I Edvard tərəfindən cəmi dörd il ərzində tikilib və bu günə qədər inanılmaz dərəcədə yaxşı qorunub saxlanılıb.

Alcazar, Seqoviya, İspaniya 

Bu orta əsr qalası dünyanın ən təsirli qaya qalalarından biridir. Qala bu illər ərzində 22 kralın məskəni olub və çoxsaylı tarixi hadisələrin baş verdiyi məkan olub. Məhz burada Kristofer Kolumb və katolik kral Ferdinand arasında son görüş baş tutub.

Trakay qalası, Litva 

Qala Qalve gölünün mərkəzində - Trakay adasında yerləşir. Onun tikintisi 14-cü əsrdə başlamış, 1950-1960-cı illərdə yenidən qurulmuş və hazırda ən məşhur turistik məkanlardan biridir. Trakay vaxtilə Litva Böyük Hersoqluğunun əsas mərkəzlərindən biri olub. 

Pena Sarayı, Portuqaliya

Bu rəngarəng saray Sintrada, Portuqaliyanın paytaxtı Lissabondan qısa bir məsafədə yerləşir. Romantik qala 1854-cü ildə tikilib və Portuqaliyanın Yeddi Möcüzəsindən biridir. Bura möhtəşəm turizm məkanıdır. 

Akershus qalası, Norveç . 

Bu qala Norveçin paytaxtı Osloda yerləşir. Qala əvvəlcə şəhəri qorumaq üçün tikilsə də, sonralar kral iqamətgahına çevrilib. 

Schönbrunn qalası, Avstriya 

Bu saray Habsburq hökmdarlarının əsas yay iqamətgahı kimi xidmət edirdi və adı “gözəl bahar” deməkdir. Barokko sarayında 1400-dən çox otaq var və onun bağları inanılmaz dərəcədə gözəldir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3735
avatar

Sevinc Fərid

Oxşar yazılar