“Whatsapp”ın biznes hesablarında YENİLİK  -FOTO
19 noyabr 2021 17:42 (UTC +04:00)

“Whatsapp”ın biznes hesablarında YENİLİK -FOTO

Məşhur mesajlaşma platforması “Whatsapp” türk mühəndisin hazırladığı yeni funksiyasını təqdim edib.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, təqdim olunan özəllik sayəsində biznes hesablarından göndərilən mesajları istifadəçilər qiymətləndirə biləcək.

Bunun üçün biznes hesabları ilə olan söhbətlərə gələn mesajı basılı tutaraq və açılan menyudan “Rate” seçiminə klikləmək kifayətdir. Bu zaman müvafiq mesaja 1-dən 5-ə qədər bal vermə imkanınız olacaq.

Qeyd edək ki, proses anonim həyata keçiriləcək.


 

 

# 3204
avatar

Sevinc Fərid

Oxşar yazılar