“Whatsapp”dan YENİ FUNKSİYA:  səsli mesajlar belə olacaq
24 aprel 2021 17:34 (UTC +04:00)

“Whatsapp”dan YENİ FUNKSİYA: səsli mesajlar belə olacaq

“Whatsapp”dan YENİ FUNKSİYA: səsli mesajlar belə olacaq

“Whatsapp” tərtibatçıları səsli mesajlardan daha çox istifadə edənlər üçün messencerdə yeni funksiyanı işə salacaq. 

Lent.az “technote”a istinadən xəbər verir ki, söhbət, səsli mesajların sürətləndirilməsi funksiyasından gedir. 

Bu cür yeniliyi “WABetaInfo” saytının mütəxəssisləri Android üçün olan “Whatsapp 2.21.9.4” versiyasında aşkar ediblər. 

Belə ki, səsli mesajın dinlənilməsi zamanı 1x, 1.5x və 2x-in əks olunduğu sürətlənmə düyməsi ortaya çıxır. “Whatsapp” tərtibatçıları bir neçə aydır ki, sözügedən funksiya üzərində çalışırlar və o hələ indi messencerin beta versiyasına əlavə edilib. 

Qeyd edək ki, səsli mesajların sürətləndirilməsi funksiyası “Whatsapp 2.21.9.4” versiyasına server səviyyəsində əlavə edilir. Buna görə də, o hələ bütün beta test iştirakçıları üçün aktiv deyil. 

Funksiyanın stabil “Whatsapp” versiyasında nə zaman istifadəyə veriləcəyi isə bilinmir.
 

# 3288
avatar

Oxşar yazılar