“WhatsApp”dan yeni FUNKSİYA:  Mesajlara tez cavab...
12 may 2022 17:34 (UTC +04:00)

“WhatsApp”dan yeni FUNKSİYA: Mesajlara tez cavab...

“WhatsApp” messenceri tezliklə mesajlara tez cavab vermək funksiyasını təqdim edəcək. 

Lent.az xəbər verir ki, bu barədə “WABetaInfo”  portalı məlumat yayıb. 

“WhatsApp Web”də hər mesajın yanında sürətli cavab düyməsi əlavə olunacaq. Bu düymənin üzərinə klikləməklə istifadəçi dərhal mesaj yazıb qarşı tərəfə göndərə biləcək. 

Xatırladaq ki, hazırda bu funksiya telefonlar üçün mövcuddur. Amma “WhatsApp Web”də bildiriş bölməsindən mesajı sürüşdürməklə cavab yazılır.  

Tətbiq edilən yenilik “Whatsapp” 2.2218.0 Beta versiyası üçün nəzərdə tutulub. 


 

# 9897
avatar

Sevinc Fərid

Oxşar yazılar