“WhatsApp”dan yeni dizayn –  Qruplar və icmalar   birlikdə
19 sentyabr 2023 15:55 (UTC +04:00)

“WhatsApp”dan yeni dizayn – Qruplar və icmalar birlikdə

“WhatsApp” ən son yeniləməsi ilə icmaları və qrupları bir yerdə yerləşdirib.

Lent.az xəbər verir ki,  platformanın söhbət bölməsindəki icmalar simvolunu və qrup söhbətlərinin ikonasını da yenidən dizayn edilib.

Bildirilib ki, “WhatsApp” bu yeniləmə ilə icmaların istifadəsini daha aydın və asan etmək və onları digər söhbətlərdən daha yaxşı fərqləndirmək istəyir.

Məlumata görə, hələ ki yenilik bəzi Android əsaslı smartfonlar üçün əlçatandır. Yaxın həftələrdə bu funksiyanın daha çox insana yayılacağı ehtimal olunur.

# 17169
avatar

Sevinc Fərid

Oxşar yazılar