“Whatsapp”dan daha bir yenilik:  Şəkilləri...
05 noyabr 2021 11:55 (UTC +04:00)

“Whatsapp”dan daha bir yenilik: Şəkilləri...

“Whatsapp”ın veb versiyası üçün 3 yeni funksiya əlavə edilib.

Lent.az  xarici mətbuata istinadən xəbər  verir ki, şirkət bunu öz rəsmi “Twitter” hesabında elan edib.

Həmin 3 yeni funksiyanı təqdim edirik.

1. “Whatsapp Web”də artıq siz şəkillər üzərində dəyişikliklər edəcək, məsələn, üzərində asanlıqla yazı yerləşdirəcək, ölçüsünü dəyişdirə biləcəksiniz. Qeyd edək ki, bu funksiya mobil  versiyada uzun müddətdir var.

2. İkinci yeni funksiya ondan ibarətdir ki, “WhatsApp” artıq istifadəçilərə mesaj yazarkən söhbətin mətninə uyğun stikerlər təklif edəcək.

3. Sonuncu funksiya, istifadəçilərin məxfiliyini nəzərə alaraq, “WebWhatsapp”da mesajların başdan sona şifrələnməsidir.

“WhatsApp” həmçinin veb versiyasında, yaxın gələcəkdə “hər kəs üçün sil” seçimini limitsiz etməyi planlaşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 17913
avatar

Sevinc Fərid

Oxşar yazılar