“Whatsapp”da YENİLİK:  İstəmədiyiniz zənglər gəlməyəcək
12 noyabr 2022 19:35 (UTC +04:00)

“Whatsapp”da YENİLİK: İstəmədiyiniz zənglər gəlməyəcək

“Whatsapp” mesajlaşma platformasında artıq istəmədiyiniz şəxslərin zənginə cavab vermək məcburiyyətində qalmayacaqsınız.

Lent.az-ın “Wabetainfo” saytına istinadən məlumatına görə, “Don’t Disturb API”(Narahat etmə) funksiyasının köməyi ilə zəngləri asanlıqla buraxa bilərsiniz.

Bunun üçün sadəcə smartfonun parametrlər bölməsindən “Narahat etməyin” rejimini aktivləşdirin.

Qeyd edək ki, qarşı tərəf bu funksiyadan istifadə edərək zəngi buraxdığınızı bilməyəcək.

Buraxılmış zənglər üçün "Narahat Etməyin" rejimi hazırda Android cihazlarının yeni beta versiyası üçün aktivdir. Yeni funksiya tezliklə İOS istifadəçilər üçün də əlçatan olacaq.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8829
avatar

Sevinc Fərid

Oxşar yazılar