“WhatsApp”da daha bir  YENİLİK  – proqram özü hər şeyi edəcək...
08 iyun 2021 19:23 (UTC +04:00)

“WhatsApp”da daha bir YENİLİK – proqram özü hər şeyi edəcək...

"Android" sisteminin idarəetməsi altında işləyən qurğularda "WhatsApp" messencerinin istifadəçiləri "fləş zəng"lərin köməyi ilə öz hesablarına daxil olmaq imkanı əldə edəcəklər.

APA "ICTnews"a istinadən xəbər verir ki, indi messencerdə hesaba giriş üçün SMS şifrlərdən (smartfona birdəfəlik istifadə üçün kod göndərilir) istifadə olunur.

Yeni funksiyanın istifadəyə verilməsi nəticəsində isə telefona gələcək zəngə cavab verməyə ehtiyac yoxdur, proqram özü hər şeyi edəcək. Bunun üçün mobil tətbiqetmə çağırışların tarixçəsinə giriş tələb olunacaq.

Qeyd edək ki, yeniləmə "iOS" platformasında əlçatan olmayacaq, çünki messencer bu əməliyyat sistemində zənglərin siyahısına giriş əldə edə bilmir.

# 4797
avatar

Oxşar yazılar