"Whatsapp"a yeni funksiya gəlir
23 oktyabr 2022 08:46 (UTC +04:00)

"Whatsapp"a yeni funksiya gəlir

WhatsApp rəsmi bloq hesabından bir paylaşımla Android istifadəçiləri üçün Avatar xüsusiyyətini sınaqdan keçirdiyini açıqlayıb. İlk dəfə Instagram hazırlanmış avatarlar artıq WhatsApp-da istifadə oluna biləcək.

Lent.az-ın Tech.az-a istnadla xəbərinə görə, test mərhələsində olan yenilik sayəsində Android istifadəçiləri artıq WhatsApp vasitəsilə öz şəxsi avatarları yarada biləcəklər.

Platforma Android istifadəçilərinin hazırladıqları avatarlar sayəsində özlərini daha asan ifadə edə biləcəklərini, bundan əlavə,  bu yolla istifadəçilərin rəqəmsal yolla öz şəxsiyyətlərini fərdiləşdirə biləcəklərini düşünür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4284
avatar

Oxşar yazılar