“WhatsApp”   qruplarında mesajlarınızı  SİLƏ BİLƏCƏKLƏR
20 dekabr 2021 19:57 (UTC +04:00)

“WhatsApp” qruplarında mesajlarınızı SİLƏ BİLƏCƏKLƏR

“WhatsApp” mesajlaşma platforması yeni funksiyasını tezliklə təqdim edəcək. 

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bir müddət əvvəl “WhatsApp” yoxa çıxan, silinən mesajlar özəlliyini edib. Ancaq bu mesajları biz müəyyən müddət ərzində silə bilirdik. 

Yeni funksiya sayəsində mesajların silinməsi üçün vaxt məhdudiyyəti olmayacaq.  

Bundan əlavə, qrup adminlərinin də səlahiyyətlərini çoxaldacaqlar. Adminlər qrupdakı istədikləri mesajları silə biləcəklər.  

Bu yeniliklər növbəti yeniləmədə istifadəçilərin ixtiyarına veriləcək. 

# 2853
avatar

Sevinc Fərid

Oxşar yazılar