“WhatsApp” mesajlarında yeni GİZLİLİK  - VİDEO
17 dekabr 2021 13:22 (UTC +04:00)

“WhatsApp” mesajlarında yeni GİZLİLİK - VİDEO

“WhatsApp” mesajlaşma proqramı yeni funksiyasını istifadəçilərin ixtiyarına verib. 

Lent.az-ın məlumatına görə, tətbiq mesaj bölməsində “birdəfəlik baxış” funksiyasını təqdim edib. 

Belə ki, əlavə gizlilik üçün “WhatsApp” söhbətlərinizdə yalnız bir dəfə baxıla bilən foto və videolar göndərə bilərsiniz. Yeni funksiyanı parametrlər bölməsindən tənzimləmək mümkündür. 

Bu özəlliyi istifadə etmək üçün cihazınız üçün mövcud olan ən son versiyanı yükləyin və ya yeniləyin. 

Həmin funksiyanın tətbiq prosesini təqdim edirik. 

# 3408
avatar

Sevinc Fərid

Oxşar yazılar