Ana bətni olmadan süni şəkildə uşaq yetişdirilə biləcək.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Almaniyada biotexnoloji firmalardan biri iddia edib.
Süni intellekt vasitəsilə bətnə girməzdən əvvəl körpələrin genləri manipulyasiya edilərək göz, saç rəngi, boy, zəka kimi xüsusiyyətləri valideynlər tərəfindən seçilə biləcək. Yəni körpələr valideynlərin istəklərinə uyğun dizayn edilərək dünyaya gələcək.
Hələ ki, layihə həyata keçirilməsə də, alimlər onun reallaşmasının imkansız olmadığını bildirib.
Almaniya biotexnoloji şirkəti süni bətnlərdə 30 minə yaxın uşaq yetişdirəcəklərini də iddia edir.
Onların sözlərinə görə, bu üsul uşaq sahibi ola bilməyən ailələr üçün böyük bir avantajdır. Həmçinin, əhali artımı azalan ölkələr üçün də ideal yoldur.
Layihənin rəhbəri Haşim Əl Qalili hər il təxminən 300 min qadının doğuş zamanı öldüyünü açıqlayıb. O, yeni üsulla yüz minlərcə qadının xilas ola biləcəyini qeyd edib.