Uçan maşınların ilk yarışı keçirildi -  VİDEO
06 noyabr 2021 21:26 (UTC +04:00)

Uçan maşınların ilk yarışı keçirildi - VİDEO

Avstraliyanın startapı Alauda Racing özünün Airspeeder elektrikli uçan avtomobillərində ilk yarış keçirib. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, daha çox drona bənzəyən iki uçan avtomobil Avstraliya səhrasında sürətlə yarışıb.

İdarə olunan MK3 Speeder Airspeederin çəkisi 100 kiloqram və 96 kVt gücündə elektrik ötürücü qutusu ilə təchiz olunub ki, bu da ona 201 km/saat maksimal sürətə çatmağa imkan verir.

Şirkət həmçinin gələn il debüt edəcəyi insan tərəfindən idarə olunan ilk yarış avtomobili olan MK4 üzərində işləyir.

Bu ilin iyun ayında prototiplərinin təqdimatı zamanı şirkət bu il EXA adlı məsafəli yarış seriyasına, ardınca 2022-ci ildə eVTOL Qran Pri pilot yarış seriyasına başlayacağını açıqlayıb.

Uçan maşınların ilk yarışı keçirildi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5700
avatar

Oxşar yazılar