“Twitter”də sorğularda ancaq bu hesablar iştirak edəcək – Mask açıqladı
28 mart 2023 15:14 (UTC +04:00)

“Twitter”də sorğularda ancaq bu hesablar iştirak edəcək – Mask açıqladı

“Twitter”in CEO-su İlon Mask ödənişli “Twitter Blue” funksiyasında həyata keçəcək yeni  dəyişiklikləri açıqlayıb.

Lent.az xəbər verir ki, aprelin 15-dən etibarən yalnız təsdiqlənmiş hesaba sahib istifadəçilər postları digər istifadəçilərə tövsiyə edə biləcəklər. Bununla yanaşı, “Twitter”də keçirilən sorğularda, anketlərdə yalnız bu hesablar iştirak edəcəklər. 

Hazırda sosial şəbəkədə izləmədiyiniz, amma ortaq dostlarınızın olduğu və ya olmadığı hesablardan atılan “tweet”ləri ana səhifənizdə görürsünüz. Onlar daha çox sizin qarşınıza “sizin üçün” tövsiyə olunan sahədə göstərilir. Aprelin 15-də isə onlar ancaq ödənişli “Twitter Blue” təsdiq nişanlı hesablarda görünəcək. 

Qeyd edək ki, istifadəçilər mavi təsdiq nişanını aylıq 8 dollar ödəməklə almaq olur. Maskın sözlərinə görə, bütün bu atılan addımlar bot hesablarla mübarizə aparmaq üçündür. 
 

# 1725
avatar

Sevinc Fərid

Oxşar yazılar